Yardımlı rayonunun Mişkireyn kəndinə təbii qaz verildi

Yardımlı rayonunun Mişkireyn kəndinə təbii qaz verildi
  11 Dekabr 2013    Oxunub:1258
Bu gün Yardımlı rayonunun Mişkireyn kəndinə təbii qaz verilib.

Bu münasibətlə keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kəndin ağsaqqalları iştirak ediblər.

AzVision.az xəbər verir ki, tədbirdə 54 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 2,1 kilometr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz xətlərinin çəkildiyi, 54 ədəd sayğac və fərdi tənzimləyicinin quraşdırıldığı diqqətə çatdırılıb.

AzərTAc


Teqlər:





Xəbər lenti