Bakı metrosunda xaos - FOTO
Bir müddət hərəkətsiz qalan qatar, yoluna açıq qapı ilə davam etməli olub. Lakin bu zaman vaqonda olan sərnişinlər "maşinistlə əlaqə" düyməsini basaraq maşinistin qatarı durdurmasını tələb ediblər. Vaqonda həddindən çox sərnişinin olması təhlükəli anların yaranmasına səbəb olub. Qatar "İnşaatçılar" stansiyasına çatanda bütün sərnişinlər qəzalı vaqonu tərk ediblər. Maşinistlər yenidən vaqonun qapısını bağlamağa cəhd göstərsələr də, bu heç cürə alınmayıb.
Məsələylə bağlı Metropolitenindən münasibət açıqlanmayıb.
Foto sosial şəbəkələrdə yayılıb.