Erkan Özoral: “Qarabağ Azərbaycan üçün nədirsə, bizim üçün də odur”

  Erkan Özoral:   “Qarabağ Azərbaycan üçün nədirsə, bizim üçün də odur”
  21 Oktyabr 2019    Oxunub:3195
"Dağlıq Qarabağ Azərbaycan üçün nədirsə, bizim üçün də odur. Azərbaycan Qarabağ probleminin həllini nə qədər istəyirsə, biz də qardaşımız qədər istəyirik".
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Bakıdakı səfiri Erkan Özoral jurnalistlərlə görüşündə deyib. Diplomat bildirib ki, rəsmi Ankara yalnız Rusiya ilə deyil, bütün görüşlərdə Qarabağ problemini gündəmə gətirir.

"ATƏT-in Minsk qrupu başda olmaqla əlaqədar dövlətlərlə bu problemi müzakirə edirik. Prezident Ərdoğan BMT Baş Assambleyasının Nyu-York sammitində Qarabağ məsələsini qaldırdı. Biz Qarabağ münaqişəsini Azərbaycandan sonra ən yüksək səslə dilə gətirən ikinci ölkəyik. Bundan sonra da üzərimizə düşən nə varsa, etməyə hazırıq", - deyə E.Özoral vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Qarabağ   Səfir  





Xəbər lenti