Bakı sammitində 4 sənəd imzalanacaq: Gündəmdə Qarabağ da var - (VİDEO)

  22 Oktyabr 2019    Oxunub : 12454
Bakı sammitində 4 sənəd imzalanacaq: Gündəmdə Qarabağ da var - (VİDEO)
"Qoşulmama Hərəkatının Bakı zirvə toplantısında 158 dövlət və beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək".

Azvision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, zirvə görüşündə 4 yekun sənədin imzalanması gözlənilir:
"Zirvə görüşündə Bakı bəyannaməsi, Bakı Siyasi Bəyannaməsi, Təşkilatçı ölkəyə təşəkkür sənədi və Fələstin üzrə sənədin imzalanması gözlənilir. İlk 3 sənədə Qarabağ münaqişəsi ilə bağlı məsələlər də salınıb".

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək.



Elvin Abdulqədirov
Video: Əhməd Xəlilov / Bəxtiyar Məmmədov

Azvision.az

Teqlər: XİN   Ramiz-Həsənov