Gəncədə zəncirvari qəza

Gəncədə zəncirvari qəza
  13 Dekabr 2013    Oxunub:1042
Gəncədə zəncirvari qəza baş verib, yaralanan var.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, 12 dekabr axşam saatlarında Şah İsmayıl Xətai prospektində 3 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

Göygöl sakini Məmməd İsmayılovun idarə etdiyi VAZ 2107 markalı avtomobillə Samux sakini Museyib Hüseynovun idarə etdiyi Vaz 2107 markalı avtomobil toqquşub.

Bu zaman avtomobillərdən biri sürüşərək hərəkətdə olan Ukrayna vətəndaşı Demyanenko Valentina Yuliyeviçin idarə etdiyi "BMV" markalı avtomobilə dəyib.

Nəticədə VAZ 2107-də olan sərnişinlər Elmin Həsənov və Tahirə Süleymanova, eləcə də digər avtomobildəki Orxan Mehdiyev və Emin Nağıyev yaralanaraq xəstəxanaya yerləşdiriliblər.

Həkimlər xəstələrin səhhətinin kafi olduğunu bildiriblər.


Teqlər:  





Xəbər lenti