Bakıda 26 milyardlıq sənaye malları istehsal olunub

  02 Noyabr 2019    Oxunub : 569
Bakıda 26 milyardlıq sənaye malları istehsal olunub
2019-cu ilin yanvar-sentyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilən xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artaraq 29,6 milyard manat təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb. Bildirilib ki, sənaye məhsulunun 80,3 faizi mədənçıxarma, 17,7 faizi emal, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,7 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,0 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,0 faiz təşkil edib.

İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 oktyabr 2019-cu il vəziyyətinə 273,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 66,0 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Azvision.az

Teqlər: Statistika   Sənaye   Məhsul   İstehsal