`Yandex` yuxuları hesabladı – STATİSTİKA
İlk onluqda tez-tez rast gəlinən sözlərə “ilan”, “oğlan”, “pişik”, “dişlər”, “siçanlar”, “körpə”, “mərhum” sözləri də aiddir.Ümumi axtarılan sözlərin 11%-i ölüm və təhlükə ilə bağlı sözlərdir.
- Çox güman ki, insanlar ilk növbədə onları qorxudan və narahat edən yuxuların yozumunu axtarır. Ona görə də, axtarışa verilən sözlər bir qədər həyəcanlıdır: ilanlar, hörümçəklər, toy, ölüm, xəyanət... – deyə “Yandex”in tədqiqat qrupu nəticələri elan edərkən bildiriblər.
Bəzi axtarılan sözlər kişilərə, bəziləri isə qadınlara daha çox aid olur. “Hamiləlik” və “toy” kimi ən çox axtarılan sözlər daha çox qadınlara xasdır. Bununla belə, kişilər də bu sözləri axtarışa verə bilər - məsələn, yuxuda hamilə qadın görmək nə deməkdir?
Kişilər daha çox ordu və balıq tutmaqla bağlı yuxular görürlər.
Ümumilikdə, Rusiya internet istifadəçiləri hər həftə “Yandex”ə yuxu yozumu ilə bağlı 1,5 milyon axtarış verirlər. Hər üçüncü axtarış heyvanlarla, o cümlədən delfin, fil və timsah kimi ekzotik heyvanlarla bağlıdır. Bəzi hallarda istifadəçilər öz axtarışlarında yuxuda nə səbəbə heyvan gördüklərini soruşurlar. Daha çox hallarda bu, belə səslənir: “nəyə görə ilan yuxuda insanı çalır?”
İstifadəçilər internetdə yuxu yozumu ilə bağlı axtarışlarda fizioloji proseslər (8%), qida (6%),hər hansı yerlə bağlı (5%), pul və qızıl (2,5%), nəqliyyat (2,5%), geyim və ayaqqabı (2,5%), hava (1,5%) və s. aiddir. Hər 50-ci yuxuda istifadəçilər ağlayırlar. Hər 200-cü yuxuda isə bəzən özgə evdə olmaqla daha çox döşəmə yuyurlar. Hər 250-ci yuxuda uçur vəmüxtəlif alış-veriş edirlər.
Vüqar / AzVision.az