Bakı sakini liftdə həlak olub

Bakı sakini liftdə həlak olub
  14 Dekabr 2013    Oxunub:1207
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Suraxanı rayonunda 9 mərtəbəli yaşayış binasının liftində 1985-ci il təvəllüdlü Hacıyev Ceyhun Malik oğlu şaxtanın divarı ilə lift kabinəsi arasında sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 8-ci və 9-cu mərtəbələr arasında dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi liftin şaxtasından çıxarılmasını təmin ediblər.

Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı C.Hacıyevin vəfat etdiyi müəyyən edilib.


Teqlər:





Xəbər lenti