Ali Hərbi Məktəbdə treninq keçirilir

Ali Hərbi Məktəbdə treninq keçirilir
  13 Noyabr 2019    Oxunub:1661
Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına yardım üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına uyğun olaraq, Müdafiə Təhsilinin genişləndirilməsi Proqramı çərçivəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində professor və müəllim heyəti ilə treninq keçirilir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Ali Hərbi Məktəbdə xarici dillər üzrə ixtisaslaşan mütəxəssislər üçün təşkil olunan “Peşəkar hərbi təhsil üzrə aktiv öyrənmə” adlı treninqdə NATO-nun müvafiq mərkəzlərində tətbiq edilən müasir tədris sistemi haqqında məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Treninq noyabrın 15-dək davam edəcək.





Azvision.az



Teqlər: Hərbi=məktəb   Treninq  





Xəbər lenti