Quba-Xınalıq yolu açıldı

Quba-Xınalıq yolu açıldı
  14 Dekabr 2013    Oxunub:6860
Qar uçqunu səbəbindən bağlanmış Quba-İspik-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub.
AzVision.az xəbər verir ki, qar uçqunu səbəbindən iki gündür ki, bağlanmış Quba-İspik-Xınalıq yolunda avtomobillərin hərəkəti dekabrın 14-dən etibarən bərpa olunub.

Qubada yerləşən 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov AzərTAc-a bildirib ki, yolun 51-ci və 57-ci kilometrliyində qar kütləsi ağır texnikanın köməkliyi ilə təmizlənib. Bununla da Xınalıq, Bostankeş, Qala Xudat, Cek, Əlik, Atuc kəndləri ilə nəqliyyat əlaqəsi tam bərpa edilib.

Yolun müvəqqəti bağlanması ucqar yaşayış məntəqələrində ciddi problem yaratmayıb.

Hazırda 6 saylı yol istismar idarəsinin növbətçi briqadaları yoldakı vəziyyətə nəzarət edir.



Teqlər:





Xəbər lenti