Naxçıvanda operativ vergi nəzarəti tədbirləri görülür

Naxçıvanda operativ vergi nəzarəti tədbirləri görülür
  16 Noyabr 2019    Oxunub:1668
2019-cu ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar aparılıb.
Azvision.az xəbər verir ki, keçirilən nəzarət tədbirləri zamanı 1 şəxsin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb və həmin şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 5 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb.

Qeyd olunan dövrdə müvafiq icra hakimiyyəti orqanları ilə birgə 47 işəgötürəndə aparılmış araşdırmalar zamanı 91 yeni əmək müqaviləsinin bağlanmasına və 296 əmək müqaviləsində isə əmək haqlarının minimum əmək haqqı məbləğinə çatdırılmasına nail olunub.

Azvision.az


Teqlər: Naxçıvan   Vergi  





Xəbər lenti