Bu həftə 10 rayonda güzəştli gübrə satılacaq
Səyyar satışlar noyabrın 19-da Qaxın Cəlayır, Biləsuvarın Xırmandalı və Ağcabədinin Avşar kənlərində, noyabrın 20-də Qaxın Şotavar, Masallının Təklə və Ağcabədinin Yuxarı Qiyaməddinli kəndlərində, noyabrın 21-də Şəkinin Baş Zəyzid, Astaranın Şuvu və Yevlaxın Xaldan kəndlərində, noyabrın 22-də Şəkinin Baş Küngüt, Cəlilabadın Şiləvəgən və Ağdaşın Ağzıbir kəndlərində, noyabrın 23-də isə Oğuzun Bayan, Cəlilabadın Kövüzbulaq və Ağdaşın Ərəbkükəl kəndlərində baş tutacaq.
Həmçinin ətraf kəndlərin sakinləri də tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.
Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.
Azvision.az