Aksiz vergisi üzrə daxilolmalar artıb

Aksiz vergisi üzrə daxilolmalar artıb
  20 Noyabr 2019    Oxunub:1869
Yanvar-oktyabr aylarında aksiz vergisi üzrə daxilolmalar ötən ilin eyni ayları ilə müqayisədə 23 faiz artaraq 669,9 milyon manata çatıb.
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən Azvision.az -a bildirilib ki, xarici iqtisadi fəaliyyətlə bağlı vergilər isə 20 faiz artıb.

Əlavə dəyər vergisinin ümumi məbləği 18 faiz artyaraq 3 milyard 756,87 milyon manata çatıb. Əmlak vergisi üzrə 16 faiz, hüquqi şəxslərin mənfəət (gəlir) vergisində isə 7 faizlik artım qeydə alınıb.

Azvision.az



Teqlər: Vergi  





Xəbər lenti