288 min tondan artıq pambıq təhvil verilib

288 min tondan artıq pambıq təhvil verilib
  20 Noyabr 2019    Oxunub:1906
Noyabrın 20-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 287 min 701 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,2 faiz çoxdur. Keçən il noyabrın 20-dək 211 min 197 ton pambıq tədarük olunmuşdu.

Bu il Azərbaycanda 100111 hektar ərazidə pambıq əkilib. Saatlı (13741 hektar), Ağcabədi (10452 hektar), Biləsuvar (10257 hektar), Bərdə (10140 hektar), Beyləqan (9706 hektar), Sabirabad (8630 hektar) və İmişli (7492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardandır.

Məhsuldarlığın yüksəlməsinə səbəb aqrotexniki qulluq qaydalarına düzgün riayət olunması, gübrə ilə təminatın yüksək səviyyədə həyata keçirilməsi, məhsulun sahələrdən texnika ilə itkiyə yol verilmədən yığılmasıdır.

Azvision.az


Teqlər: KTN   Pambıq  





Xəbər lenti