“9 ayda 690 milyon manatdan artıq vəsait ödətdirilib” - Nazir
Azvision.az xəbər verir ki, bunu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib.
F.Məmmədovun sözlərinə görə, 2019-cu ilin 9 ayında icra xidməti tərəfindən 780 minə qədər icra işinin yarıdan çoxunun icrası təmin edilib, fiziki və hüquqi şəxslərə 690 milyon manatdan artıq vəsait ödətdirilib, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir:
"Ədliyyə Nazirliyi tərəfindən ədalət mühakiməsi əleyhinə olan və bəzi digər cinayətlər üzrə bu ilin 9 ayı ərzində 430 cinayət işinin istintaqı tamamlanıb və həmin işlər üzrə fiziki və hüquqi şəxslərə vurulan ziyanın yarıdan çoxu ödətdirilib".
Azvision.az
Teqlər: Ədliyyə Fikrət-Məmmədov