“Azəriqaz”: Qazın həcmi rekord həddə çatıb
Noyabrın 22-i ilə müqayisədə ötən gün 1 milyon 526 min kubmetr çox qaz qəbul olunub. Ayın 22-də "Azəriqaz" üzrə cəmi qaz qəbulu 31 milyon 468 min kubmetrə bərabər təşkil edib.
Qeyd edək ki, soyuq aylarda qaz sərfiyyatının gündəlik olaraq 35 milyon kubmetri keçməyəcəyi proqnozlaşdırılırdı. Lakin mövcud vəziyyət gözləntilərdən fərqli rəqəmlərin ortaya çıxacağına ehtimal yaradır. Buna baxmayaraq “Azəriqaz” İB qışa hazırlıqla bağlı önləyici tədbirləri də diqqətdə saxlayıb. Ona görə də qaz təchizatında hər hansı bir problemin yaranmaması, rejimlərə uyğun normal qaz təminatının həyata keçiriləcəyinə çalışılacaq.
Azvision.az
Teqlər: Azəriqaz