Şəkidə ard-arda iki yol qəzası

Şəkidə ard-arda iki yol qəzası
  16 Dekabr 2013    Oxunub:1504
Şəkidə ard-arda iki yol qəzası baş verib.
AzVision.az Kanal S-ə istinadən xəbər verir ki, Şəkidə axşam saatlarında bir-birinin ardınca 2 yol qəza hadisəsi baş verib. Qəzalarda ölən olmasa da, 2 nəfər ağır olmaqla, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İlk qəza xəbəri Şəki şəhəri ərazisində M.F. Axundov prospektinin Şəki-Oğuz magistiralına gedən hissəsində qeydə alınıb. Hadisə zamanı Şəki şəhər sakini Həmidov Ruslan Ənvər oğluna məxsus 90 - FM - 867 dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobillə əks istqamətdə hərəkətdə olan Şəki rayon Aşağı Küngüt Kənd sakini 1959- cu il təvəllüdlü Nəsrullayev Sahib Firuz oğluna məxsus 55-BD-438 dövlət nömrə nişanlı vaz 21011 markalı avtomobil toqquşub.

Toqquşmanın zərbəsi güclü olduğundan VAZ 2107 markalı avtomobil daha sonra yol kənarında hərəkətsiz dayanmış 50-BH-978 dövlət nömrə nişanlı Ford markalı mikro avtobusa çırpılıb. Avto qəza nəticəsində hər 2 sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Digər qəza hadisəsi isə Şəki-Yevlax-İsmayıllı yolunun Şəki Rayonu Suçma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Ağstafa rayon sakini 1980 -cı il təvəllüdlü Məmmədov Telman Elman oğlunun idarə etdiyi VAZ 2107 markalı 05-BE-732 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yol kənarında olan ağaca cırpıb.

Qəza zamanı avtomobilin sürücüsü Telman Məmmədov həmçinin, sərnişinlər Tovuz rayon sakini Cavad Məmmədov, Ağstafa rayon sakinləri 1988-ci il təvəllüdlü Əliyev Səbuhi Ələddin oğlu, 1980 -cı il təvəllüdlü Vəliyev Elmar Vahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xatırladaq ki, Tovuz və Ağstafa rayon sakinləri Zaqatala rayonu ərazisində avtomobil qəzası zamanı həlak olmuş qohumlarının yas mərasimindən gələrkən qəzaya düşüblər. İlkin ehtimal olaraq qəzaya səbəb kimi yüksək sürətlə hərəkət edən avtomobildə anidən nasazlığın yaranması göstərilir.

Hər iki avtoqəza üzrə istintaq tədbirləri başlanılb, araşdırmalar aparılır. Qəzaların dəqiq səbəbləri isə aparılacaq istintaqın yekununda müəyyən olunacaq.


Teqlər:





Xəbər lenti