“Azəriqaz” şəhid ailəsinə kömək etdi
Birliyin rəhbərliyi Mehman Əhmədovun müraciətinə dərhal reaksiya göstərərək qısa zamanda evin qazlaşdırılması üçün layihə-smeta sənədlərinin hazırlanması barədə tapşırıq verib. Beləliklə, noyabrın 14-də Mehman Əhmədovun fərdi yaşayış evi qazlaşdırılıb və qaz sayğacı ilə təmin olunub.
Qeyd edək ki, 12 aprel 1955-ci ildə anadan olan polis kapitanı Əhmədov Fikrət Sərxan oğlu Şuşa, Ağdərə və Ağdam rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib, 7 sentyabr 1992-ci ildə şəhid olub.
Azvision.az
Teqlər: Azəriqaz