Neftin qiyməti yenidən dəyişdi

  27 Noyabr 2019    Oxunub : 1317
Neftin qiyməti yenidən dəyişdi
Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar geriləyərək 64,15 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,13 dollar ucuzlaşaraq 58,28 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,47 dollar artaraq 68,20 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft