Bakıda yüksək standartlara uyğun yanacaq istehsal ediləcək

  27 Noyabr 2019    Oxunub : 1146
Bakıda yüksək standartlara uyğun yanacaq istehsal ediləcək
Azərbaycanda hazırda hidroenerji resursları daxil olmaqla, bərpa olunan enerji mənbələrinin ümumi ilkin enerji istehlakında payı 18%-ə qədər artıb. Bu rəqəmin 2030-cu ilə qədər 30 faizə çatdırılması nəzərdə tutulur.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev "İqlim dəyişikliyi və ətraf mühitdə Paris razılaşmasının rolu" adlı beynəlxalq konfransda çıxış zamanı deyib. Nazir qeyd edib ki, bir neçə ildə ərzində bu sahədə böyük layihələr həyata keçiriləcək:

“Hazırda ölkəmizdə atmosferə atılan çirkləndiricilərin əsas mənbəyi nəqliyyat sektorudur. Bunun səbəbi nəqliyyat vasitələrinin sayının sürətlə artmasıdır. Nəqliyyatın ətraf mühitə, insan sağlamlığına təsirini azaltmaq üçün ekoloji cəhətdən təmiz avtomobillərin istifadəsi genişləndirilməlidir. Burada yanacağın da böyük rolu var. Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan yenidənqurma və modernizasiya işləri nəticəsində yüksək standartlara uyğun yanacaq istehsal ediləcək ki, bu da maşınlardan atmosferə atılan tullantıların azalmasına təsir edəcək”.

Aytən Zəhra
Azvision.az

Teqlər: İqlim