Nazir müavini vətəndaşların problemini dinlədi

  27 Noyabr 2019    Oxunub : 904
Nazir müavini vətəndaşların problemini dinlədi
Noyabrın 27-də Vergilər nazirinin müavini Sahib Ələkbərov Siyəzən şəhərində yerləşən Vergiödəyicilərinə xidmət mərkəzində vətəndaşları qəbul edib.
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən Azvision.az -a verilən məlumata görə, qəbula gələn vətəndaşlar əsasən vergi qanunvericiliyi və inzibatçılığının tətbiqi, vergi borcları, vergi orqanlarında işə qəbul, vergi uçotu, habelə digər məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri dinlənilib, bəziləri yerindəcə həll olunub, digər məsələlər barədə nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Qəbulda Abşeron, Siyəzən rayonlarından və Sumqayıt şəhərindən olan sakinlər iştirak ediblər.

Azvision.az

Teqlər: