Turistlər Azərbaycanda 1 milyard manat xərcləyib

Turistlər Azərbaycanda 1 milyard manat xərcləyib
  28 Noyabr 2019    Oxunub:2068
Bu ilin oktyabr ayında ölkəyə gələn xarici vətəndaşların sayı 24,7% artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 104,7 mln. manat təşkil edib.
Azvision.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib. Onun sözlərinə görə, cari ilin 10 ayında Azərbaycana dünyanın 192 ölkəsindən 2,7 mln. və ya 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 10,8% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Ümumilikdə, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1,074 mlrd. manat təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 4% azalıb”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Turist   Bank  





Xəbər lenti