Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 6-ci iclasının vaxtı açıqlandı

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 6-ci iclasının vaxtı açıqlandı
  28 Noyabr 2019    Oxunub:2348
“Enerji təhlükəsizliyi avropalı tərəfdaşlarla əməkdaşlığın ənənəvi mövzusudur. Biz bütün əsas transmilli enerji layihələrimizi uğurla həyata keçirmişik və çox tezliklə - bir neçə günə bizim təbii qaz fiziki olaraq artıq Avropa İttifaqının sərhədində olacaq”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Xarici İşlər və Avropa naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla görüşü zamanı deyib.

Dövlət başçısı bildirib ki, bu, bir sıra ölkələr və həmçinin Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlıq sayəsində əldə olunmuş çox nəzərəçarpan nailiyyətdir.

“Bildiyiniz kimi, Azərbaycan və Avropa İttifaqı ənənəvi olaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurasını keçirir. Biz artıq 5 iclas keçirmişik. Növbəti iclas gələn ilin fevralında keçiriləcək. Əməkdaşlığın bu formatı çox səmərəlidir.

Əlbəttə ki, tərəfdaşlığımızla əlaqədar bir çox başqa məsələlər də var. Viza rejiminin liberallaşdırılması sayəsində indi Slovakiyadan gələnlər Azərbaycana asan giriş əldə edirlər. Eşidəndə ki, siz ölkəmizdə səfirlik açırsınız, çox şad oldum. Bu, çox müsbət göstəricidir. Mən, həmçinin öz komandamıza eyni istiqamətdə hərəkətə başlamaq tapşırığını vermişəm. Beləliklə, bizim də təqdımatımız olacaq və bu, əlbəttə ki, əməkdaşlıq üçün daha çox imkanların tapılmasına kömək edəcək”.

Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti