İndiyədək 27 min 677 ipoteka krediti verilib

İndiyədək 27 min 677 ipoteka krediti verilib
  02 Dekabr 2019    Oxunub:2113
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Fonddan Azvision.az -a verilən məlumata görə, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə dekabrın 1-nə 27 min 677 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 375,7 milyon manatdan çoxdur.

Bu ilin 11 ayında isə fondun xətti ilə verilmiş ipoteka kreditlərinin sayı 2452, məbləği 158,8 milyon manat təşkil edib.

Azvision.az



Teqlər: İpoteka   Kredit  





Xəbər lenti