İcbari sığorta ödənişlərinə tətbiq edilən tariflərə yenidən baxıldı

  06 Dekabr 2019    Oxunub : 1597
İcbari sığorta ödənişlərinə tətbiq edilən tariflərə yenidən baxıldı
Hökumət Ödəniş Portalı vasitəsilə icbari sığorta ödənişlərinə tətbiq edilən tariflərə yenidən baxılıb.
Azərbaycan Banklar Assosiasiyasından Azvision.az -a verilən məlumata görə, “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə Ekspert Qrupu”nun növbəti iclası baş tutub. İclasda Hökumət Ödəniş Portalı vasitəsilə icbari sığorta ödənişlərinə tətbiq edilən tariflərə yenidən baxılıb və rəqəmsal ödənişlərin stimullaşdırılması istiqamətində ödəniş xidmətləri üzrə tariflərin optimallaşdırılması məsələsi müzakirə olunub.

Sonda Hökumət Ödəniş Portalı vasitəsilə edilən icbari sığorta ödənişlərinə ortaq tarifin müəyyənləşdirilməsi və banklar tərəfindən rəqəmsal ödənişlərin stimullaşdırılması məqsədilə optimal tarif təkliflərinin hazırlanması qərara alınıb.

Görüşdə Azərbaycan Mərkəzi Bankının və İcbari Sığorta Bürosunun nümayəndələri iştirak ediblər.

Azvision.az

Teqlər: HökumətÖdənişPortalı