Azərbaycan və Polşa hərbi ekspertləri görüşdü

  07 Dekabr 2019    Oxunub : 1657
Azərbaycan və Polşa hərbi ekspertləri görüşdü
Azərbaycan Respublikası və Polşa Respublikası Müdafiə Nazirlikləri arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin işçi görüşü keçirilib.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə hüquq xidmətinin təşkili məsələləri, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin xüsusiyyətləri, eləcə də bir sıra digər məsələlər müzakirə olunub.

Azvision.az

Teqlər: Polşa   Azərbaycan   Ekspert