Rusiyalı iş adamları Azərbaycana gəldi
Orenburq vilayətinin İxraca Dəstək Mərkəzinin rəhbəri Darya Makarova vurğulayıb ki, Azərbaycanda böyük bazar var və Rusiyadan ölkəmizə xeyli məhsul idxal olunur. Azərbaycan bizim prioritet bazarlar sırasına daxildir. Azərbaycanda çalışmaq istəyən istənilən sahibkarımızı dəstəkləməyə hazırıq.
Mərkəzin rəhbəri, həmçinin yaxın gələcək üçün əməkdaşlıq planlarının artıq hazır olduğunu qeyd edib.
İxraca Dəstək Mərkəzinin layihələr üzrə rəhbəri Kvarç Georgi Boqdanoviç təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ixracı subsidiyalaşdırmaq, faktorinq, sövdələşmələrin hazırlanmasında sahibkarlara dəstək olan mərkəz nəticədə ixracla bağlı sahibkarların bütün risklərinin azalmasına kömək edir: “Biz Azərbaycanda məhsullarımızın sərgisini keçirməyi planlaşdırırıq. Düşünürük ki, həmin sərgidə ölkəniz üçün gətirdiyimiz məhsullarla bərabər, Rusiya bazarı üçün maraqlı ola biləcək Azərbaycan məhsulları da nümayiş etdirilsin. Biznesə qarşılıqlı yanaşmanı və hər iki ölkənin tələbatının ödənilməsini həyata keçirməyi planlaşdırırıq”.
Azvision.az