Yanğının söndürülməsinə təyyarə cəlb edildi - FOTO

  10 Dekabr 2019    Oxunub : 3869
 Yanğının söndürülməsinə təyyarə cəlb edildi - FOTO
FHN-in müvafiq qüvvələri tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi işləri davam etdirilir.
Azvision.az xəbər verir ki, yanğının söndürülməsi məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd "BE-200ÇS" tipli təyyarəsi cəlb olunub.



Qeyd edək ki, bundan əvvəl yanğının qarşısını almaq üçün FHN 3 helikopter, xeyli sayda texnika və canlı qüvvə göndərib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Yanğın   Təyyarə   FHN