İndiyədək 293 min ton pambıq təhvil verilib

  11 Dekabr 2019    Oxunub : 1800
İndiyədək 293 min ton pambıq təhvil verilib
Dekabrın 11-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 293 min 880 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 faiz çoxdur. Keçən il dekabrın 11-dək 222 min 748 ton pambıq yığılmışdı.

Qeyd edək ki, Azərbaycanda pambıqçılığın yeni inkişaf dövrü bu istiqamətdə əsaslı tədbirlərin görüldüyü, bu sahənin inkişafını nəzərdə tutan Dövlət Proqramının qəbul olunduğu 2016-cı ildən başlayıb.

Azvision.az

Teqlər: Pambıq