“Azəriqaz” abonentlərinin son sayını açıqladı

“Azəriqaz” abonentlərinin son sayını açıqladı
  12 Dekabr 2019    Oxunub:2650
Noyabrda “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10 min 824 yeni abonent qeydiyyata alınıb.
Birlikdən Azvision.az -a verilən məlumata görə, onlardan 7831-i Bakı, Abşeron və Sumqayıt, 2993-ü isə regionların payına düşür. Bu ilin 11 ayı ərzində isə əhali sektoru üzrə 85 min 53 yeni abonent qeydiyyata alınıb.

Beləliklə, dekabrın 12-nə ölkədə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 266 min 342 nəfər təşkil edir. Bu statistik rəqəmə Bakı şəhəri üzrə 874 min 510, regionalar üzrə isə 1 milyon 391 min 832 abonent daxildir.

Azvision.az



Teqlər: Azəriqaz  





Xəbər lenti