“Dövlət siyasətində qadınlara böyük önəm verilir” - Nazir müavini
"Son illərdə iqtisadi fəallığın dəstəklənməsi istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Qadınları təmsil edən birliklər, təşkilatlar qadın sahibkarları narahat edən məsələləri ictimailəşdirə bilirlər. Mikro, kiçik və orta biznesin dəstəklənməsi, təşkil olunması ilə bağlı çoxlu qanuncericilik aktları hazırlanıb. Onların bir çoxu qəbul olunub, bir çoxlarının qəbul olunması istiqamətində işlər həyata keçirilir. Qanunvericilik bazası önəmlidir ki, hər bir sahədə iştirak edən sahibkarlar, xüsusilə qadın sahibkarlar bilsin ki, dövlətin siyasəti nədən ibarətdir, dövlət bu prosesləri neçə yönəldir və hansı dəstək, təşviq mexanizmləri var".
Aytən Zəhra
Azvision.az
Teqlər: Nizayi-Səfərov