Energetika naziri və müavinləri qəbul keçirəcək
Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Göyçay şəhərində Göyçay və Ağdaş rayonlarının sakinləri ilə görüşəcək. Qəbul saat 11:00-da Göyçay Gənclər Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 109) təşkil ediləcək. Nazir müavini Elnur Soltanov isə Zərdab şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da Zərdab rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 1) başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin “[email protected]” elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı mərkəzi, 598-16-55 “qaynar xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: “[email protected]”, “[email protected]”) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin “www.minenergy.gov.az” internet səhifəsindəki “Qəbula yazılmaq” bölməsi və nazirliyin “Facebook” səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.
Azvision.az