“Azəriqaz”: 4 rayonda 760 fərdi ev qazlaşdırılıb

   “Azəriqaz”:    4 rayonda 760 fərdi ev qazlaşdırılıb
  14 Dekabr 2019    Oxunub:2506
Quba rayonunun Küpçalqışlaq qəsəbəsində 113 fərdi yaşayış evinə təbii qaz verilib.
“Azəriqaz” İstehsalat Birliyindən Azvision.az -a verilən məlumata görə, kənddə 7497 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 113 evə fərdi qaz tənzimləyicisi və məişət tipli qaz sayğacları quraşdırılıb.

Kürdəmir rayonunun Qarabucaq kəndində də 280 fərdi yaşayış evi bu gündən etibarən “mavi yanacaq”la təmin olunub. Rayon üzrə hazırda qaz alan abonentlərin sayı 20 min 855-ə çatmaqla, qazlaşma səviyyəsi 99,4 faiz təşkil edir. Qəsəbənin qazlaşdırılması üçün 10 min 172 metr daşıyıcı orta təzyiqli polietilen, 16 min 792 metr müxtəlif diametrli polad borularla yerüstü məhəllədaxili qaz xətləri çəkilib. 280 fərdi evin hər birinə qaz sayğacları və fərdi tənzimləyicilər quraşdırılıb.

Mingəçevir şəhərində “Vaqonlar evi” adlanan yaşayış massivində isə 260 fərdi yaşayış evinə qaz verilib. Yaşayış massivində 9100 metr uzunluğunda müxtəlif diametrli yeni qaz xətləri çəkilib. Qeyd edək ki, Mingəçevir şəhərinin “Vaqonlar evi” adlanan ərazisində qazlaşdırma işlərinə bu il avqustun ortalarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyəsi, eləcə də yerli icra hakimiyyəti orqanının, sakinlərin müraciətləri nəzərə alınaraq başlanılıb.

Masallı rayonunun Ərkivan qəsəbəsindəki 107 fərdi yaşayış evi də “mavi yanacaq” almağa başlayıb. Burada çəkilən yeni qaz xətlərinin uzunluğu isə ümumilikdə 11 min metr təşkil edir.

Qeyd edək ki, bütün yaşayış məntəqələrində qaz xətləri əvvəlcədən kipliyə və möhkəmliyə yoxlanılıb. Təbii qazın verilməsi “Qaz Təsərrüfatında Texniki Təhlükəsizlik Qaydaları”na riayət edilməklə icra olunub.

Azvision.az


Teqlər: Quba   “Azəriqaz”  





Xəbər lenti