Bakıda maşınla vurulan piyada ölüb

Bakıda maşınla vurulan piyada ölüb
  14 Dekabr 2019    Oxunub:2056
Xətai rayonu Nobel prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, dekabrın 12-də saat 18 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini O.Cəfərli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Yalçın Adilovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada dekabrın 13-də orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Qəza   Yol   Piyada  





Xəbər lenti