Dövlət Statistika Komitəsindən
Azvision.az -a verilən məlumata görə, sərf edilmiş vəsaitin 67,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 65,7 faizi məhsul istehsalı sahələrinə, 24,9 faizi xidmət sahələrinə, 9,4 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,5 faizini təşkil edib.
Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56 faiz, büdcə vəsaitləri 27,2 faiz, bank kreditləri 7,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,6 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 1,6 faiz, digər vəsaitlər isə 0,9 faiz olub.
Azvision.az