Bakıda orta aylıq əməkhaqqı 923 manata çatıb

   Bakıda orta aylıq əməkhaqqı  923 manata çatıb
  19 Dekabr 2019    Oxunub:3262
2019-cu ilin yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 845,1 manat təşkil edib.
Azvision.az -ın Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabr ayının 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəldilməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində 2019-cu ilin oktyabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 923,8 manata çatıb ki, bu da ötən ilin oktyabr ayı ilə müqayisədə 21,2 faiz çoxdur, cari ilin sentyabr ayı ilə müqayisədə isə 97,0 faiz təşkil edib.

Azvision.az



Teqlər: Əmak-haqqı  





Xəbər lenti