56 şəhərdə əmək yarmarkaları təşkil edilib

56 şəhərdə əmək yarmarkaları təşkil edilib
  20 Dekabr 2019    Oxunub:1946
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2019-cu ildə ölkəmizin 56 şəhər və rayonunda əmək yarmarkaları təşkil edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, yarmarkalarda 1324 dövlət və özəl müəssisəsi iştirak edib və 15 183 vakant iş yeri təqdim edilib. 3411 nəfər işsiz və işaxtaran vətəndaşa münasib iş yerlərinə göndəriş verilib. 298 nəfərin peşə hazırlığı kurslarına qeydiyyatı aparılıb, 311 nəfər isə öz istəkləri əsasında ödənişli ictimai işlərə cəlb edilib.

Bu aktiv məşğulluq tədbirlərində həmçinin vətəndaşlara Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv əmək bazarı proqramları, habelə özünüməşğulluq proqramı haqqında məlumat verilib. Bu proqramlara müraciət etmək istəyən şəxslərə bunun üçün prosedur qaydaları izah edilib.

Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti