Qadın KOB-ların əl işləri “Qış Bazarı”nda

Qadın KOB-ların əl işləri “Qış Bazarı”nda
  22 Dekabr 2019    Oxunub:3775
Müxtəlif əl işləri hazırlayan mikro və kiçik qadın sahibkarların məhsulları Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Şahdağ Turizm Mərkəzi”də fəaliyyətə başlamış “Qış Bazarı” satış yarmarkasında nümayiş edilir.
KOBİA-dan Azvision.az -a verilən məlumata görə, qadın KOB-lar üçün ayrılmış xüsusi stenddə dekorativ tətbiqi sənət nümunələri, rəsmlər, müxtəlif materiallardan hazırlanmış işləmələr, toxumalar, suvenirlər və sair məhsullar təqdim olunur.

Satış yarmarkasında qadın KOB-lar öz məhsullarını satmaqla yanaşı, həm də Şahdağ Turizm Mərkəzinə gələn yerli və xarici qonaqlardan müxtəlif əl işlərinin hazırlanması üçün sifarişlər qəbul edirlər.

Yarmarka yanvarın 15-dək keçiriləcək.

Azvision.az



Teqlər: KOBİA  





Xəbər lenti