Azvision.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, dövlətimizin başçısının müvafiq sərəncamları ilə reallaşdırılan kompleks sosial islahatlar nəticəsində sentyabrın 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən bir sıra idarə, müəssisə və təşkilatlarda, dövlət neft şirkətində çalışan işçilərin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəldilməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində cari ilin oktyabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 923,8 manata çatıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 21,2 faiz çoxdur, cari ilin sentyabr ayı ilə müqayisədə isə 97 faiz təşkil edib.
Azvision.az