Kapital Bank Sberbank ilə əməkdaşlığa başlayıb

  24 Dekabr 2019    Oxunub : 1404
Kapital Bank Sberbank ilə əməkdaşlığa başlayıb
Kapital Bank Rusiyanın nəhəng bankı olan Sberbank ilə pul köçürməsi sahəsində əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə olaraq Kapital Bank, Sberbank tərəfindən tərtib edilən ani pul köçürmə sisteminə qoşulub.
Hazırda Kapital Bank-a məxsus kartlara Sberbank-ın sayt və mobil tətbiqi vasitəsilə pul köçürmək mümkündür. Bu üsulla maksimum məbləği sutka ərzində 50 000 Rusiya rublu (800 ABŞ dolları) həddində olan köçürmələr zamanı 1% (minimum 30 Rusiya rubl) komissiya haqqı tutulur. Sberbank-ın sayt və mobil tətbiqi üzərindən köçürmələr Rusiya rublu valyutasında icra edilir, kartlara isə Kapital Bank-ın kursuna əsasən manat valyutasında mədaxil olunacaqdır.

Qeyd edək ki, müxtəlif bankların müştəriləri arasında mobil telefon nömrəsi vasitəsilə ani pul köçürmələri sistemi Sberbank tərəfindən bu ilin əvvəllərində tətbiq olunub. Bu sistemə həmçinin Tacikistanın, Qırğızıstanın və Özbəkistanın bankları da qoşulub.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Azvision.az


Teqlər: Bank