Azərbaycan neftinin qiyməti bahalaşıb

  25 Dekabr 2019    Oxunub : 1393
Azərbaycan neftinin qiyməti bahalaşıb
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,81 dollar artaraq 67,20 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,59 dollar bahalaşaraq 61,11 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti isə 0,67 dollar artaraq 68,50 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft   Birja