“Yüksəliş”in qaliblərinə 20 min manat veriləcək

  27 Dekabr 2019    Oxunub : 1992
“Yüksəliş”in qaliblərinə 20 min manat veriləcək
"Yüksəliş" müsabiqəsinin yekunlarına əsasən, qalib elan edilmiş 20 iştirakçıya müvafiq təlim proqramından keçmək üçün 20 min manat məbləğində qrant təqdim olunacaq.
Azvision.az xəbər verir ki, bunu "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev deyib.

Nazir müavini bildirib ki, 20 min manatın yarısı təhsilin inkişafına, digər 10 min manatı isə onların şəxsi istifadələri üçün nəzərdə tutulur.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Yüksəliş   Müsabiqə