ƏDV-nin dövlət büdcəsinə ödənilməsi qaydası dəyişib

ƏDV-nin dövlət büdcəsinə ödənilməsi qaydası dəyişib
  28 Dekabr 2019    Oxunub:2722
Əvvəlki illərdə əlavə dəyər vergisinin (ƏDV) hesablanıb dövlət büdcəsinə ödənilməsində malların satışına görə 30 günlük müddət nəzərə alınırdısa, artıq bu metod dəyişib.
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən Azvision.az -a verilən məlumata görə, Vergilər Məcəlləsində ediləcək dəyişikliyə əsasən, bundan sonra tam kassa metodu prinsipinə keçiləcək. Belə ki, 2020-ci il yanvarın 1-dən ƏDV ödəyiciləri məhsulları satarkən, xidmət göstərərkən malları təqdim etdiyi ayda deyil, pul vəsaiti onun sərəncamına daxil olduğu ayda ƏDV-ni hesablayıb ödəyəcək. Bu, sahibkara maliyyə yükü yaratmamağa hesablanmış dəyişiklikdir.

Azvision.az



Teqlər: ƏDV   Büdcə  





Xəbər lenti