Bu şəxslər 10 illik vergi güzəştləri əldə edəcək

  28 Dekabr 2019    Oxunub : 2008
Bu şəxslər 10 illik vergi güzəştləri əldə edəcək
Vətəndaşlar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alındıqda, əməliyyat tam nağdsız qaydada baş verərsə, ödənilən ƏDV-nin 30 faizi vətəndaşa qaytarılacaq.
Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən Azvision.az -a bildirilib ki, Vergilər Məcəlləsində edilən dəyişikliklərdə sosial güzəştlər əsas yer tutur. Vergi Məcəlləsində dəyişikliklərin digər hədəfi isə ölkədə əlverişli biznes mühitinin yaradılmasıdır. İnvestisiya qoyuluşu üçün cəlbedici şəraitin yaradılması baxımından sənaye və texnologiya parklarının rezidentləri artıq 7 il deyil, 10 il müddətinə vergi güzəştləri əldə edəcək.

Azvision.az

Teqlər: Vergi   Güzəşt