Komissiyanın ikinci iclası keçirilib
Energetika naziri dövlət başçısının bərpa olunan enerjidən istifadənin genişləndirilməsi ilə bağlı tapşırıqlarının Azərbaycanın energetika sektorunun müasir trendlərə uyğun inkişafına və qeyri-neft sektoruna xarici investisiyanın cəlbinə imkanlar yaratdığını qeyd edib. Nazir görülən işlərə dair fikirlərini diqqətə çatdırıb və işçi qruplarına tapşırıqlar verib.
Yekunda Komissiyanın müvafiq təklifləri Sərəncamda nəzərdə tutulan müddətlərdə Azərbaycan Prezidentinə təqdim etməsi üçün işçi qruplarına tədbirlərin icrasının sürətləndirilməsi tövsiyə edilib.
Qeyd edək ki, Sərəncamın icrası məqsədilə Energetika, İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Ədliyyə nazirlikləri, “Azərenerji” ASC, “Azərişıq” ASC, Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti, Vergi Xidməti, Mərkəzi Bank və s. qurumların təmsilçilərindən ibarət 7 işçi qrupu fəaliyyət göstərir.
Azvision.az