Mərkəzi Bank 150 milyon manat cəlb edir

  30 Dekabr 2019    Oxunub : 921
Mərkəzi Bank 150 milyon manat cəlb edir
Yanvarın 7-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
Azvision.az AMB-yə istinadən xəbər verir ki, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 5,76-7,49 faiz təşkil edir.

Azvision.az

Teqlər: Hərrac   Manat