“Taliban” silahlıları hərbi postlara hücum edib - 23 ölü

  01 Yanvar 2020    Oxunub : 1544
“Taliban” silahlıları hərbi postlara hücum edib - 23 ölü
Əfqanıstanda "Taliban" hərəkatının yaraqlıları Balh əyalətindəki nəzarət-buraxılış məntəqəsinə silahlı hücum edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, nəticədə səkkiz yol polisinin əməkdaşı ölüb.

Əyalətin yol polisinin komandiri Favad Salehi bildirib ki, posta hücum gecə saatlarında baş verib və nəzarət-buraxılış məntəqəsində olan 14 nəfərdən 6-ı sağ qalıb.

Qunduz vilayətində hərbi posta hücum nəticəsində isə 8 hərbçi ölüb, 4 nəfər xəsarət alıb. Tahar vilayətinin Darkad rayonunda “Taliban” silahlılarının hücumu nəticəsində 7 hərbçi həyatını itirib.

"Taliban" hücum və polislərin həlak olması haqqında xəbəri şərh etməyib.

Azvision.az

Teqlər: Əfqanıstan