Dumana görə Bakıya qayıdan təyyarə Həştərxana yola düşdü - Yenilənib
***
Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakının hava limanına qayıtmaq qərarı verib.
Bunu aviaşirkətin sosial şəbəkə hesabında qeyd ediblər. Bildirilib ki, yerli vaxtla 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.
Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.
Azvision.az
Teqlər: Təyyarə Havalimanı