Depozit hərracının nəticələri açıqlandı

Depozit hərracının nəticələri açıqlandı
  07 Yanvar 2020    Oxunub:2318
Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
AMB-dan Azvision.az -a verilən məlumata görə, yanvarın 7-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 909,1 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76 faiz təşkil edib.

Azvision.az


Teqlər: Mərkəzi-Bank   Depozit  





Xəbər lenti