“Deputatlığa namizədlər əmlakını gizlətməməlidir” - MSK sədri

  07 Yanvar 2020    Oxunub : 2186
“Deputatlığa namizədlər əmlakını gizlətməməlidir” - MSK sədri
“Deputatlığa namizədliyini irəli sürmüş Azərbaycan vətəndaşları öz əmlakı barədə məlumat verməlidir, əmlakını gizlətməməlidirlər”.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahovun sözlərinə görə, bəzi məsələlər var ki, buna məhz namizəd məsuliyyət daşıyır: "Əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbidir. Dairə seçki komissiyalarının namizədliyini irəli sürmüş şəxsə bu barədə məlumat vermək öhdəliyi yoxdur. Namizədliyini irəli sürmüş şəxslər bu barədə özləri məlumat verməlidirlər”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Məzahir-Pənahov   Seçki   Namizəd